Şrift:
Azərbaycan-Braziliya əlaqələri müzakirə edilib
06.11.2019 [10:52] - Xəbərlər
Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Rio-de-Janeyro şəhərinin meri Marcelo Crivella ilə görüşüb. Səfirlikdən bildirilib ki, görüş zamanı ikitərəfli münasibətlər, qarşılıqlı səfərlər, turizm və Formula 1 Azərbaycan Qran-Prisinin təşkili və keçirilməsi sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, Rio-de-Janeyro şəhəri ilə Bakı şəhəri 2015-ci ildən etibarən qardaşlaşmış şəhər elan edilib. Bu şəhərdə 2016-cı ildən etibarən Azərbaycan adını daşıyan bələdiyyə məktəbi fəaliyyət göstərməkdədir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 16 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed