Şrift:
Fotoqrafiya Evində “11 gün” adlı fotosərgi açılıb
06.11.2019 [11:02] - Mədəniyyət
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzinin nəzdində fəaliyyət göstərən Bakı Fotoqrafiya Evində “Camping Azerbaijan” ilə birgə “11 gün” adlı fotosərgi açılıb. Sərgidə fotoqraf Eldar Əkbərovun “Şaxta Baba ucqar kəndlərdə” layihəsi çərçivəsində orta format kamera ilə çəkdiyi fotolar nümayiş etdirilir.
E. Əkbərov çıxışı zamanı fotoqrafiyaya maraq göstərən sərgi iştirakçılarına təşəkkürünü bildirib, çəkiliş zamanı uşaqlarla bağlı təəssüratlarını bölüşüb.
“Camping Azerbaijan” şirkətinin icraçı direktoru Elvin Məmmədsoy layihə barədə məlumat verib. Bildirib ki, hər il şaxta babalar ucqar kəndlərə gedib yeni il üçün uşaqlara hədiyyə aparırlar. Bu dəfə isə onlar 35 kənddə olub 915 uşağa hədiyyə çatdırıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed