Şrift:
“Traxtur” klubu dünyada BİRİNCİ OLDU
06.11.2019 [11:28] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın “Traxtur” futbol klubu topladığı azarkeşlərin sayına görə rekorda imza atıb. Məşhur "transfermarkt" saytı noyabrın 4-də ötən həftə ərzində keçirilən oyunlarda dünya üzrə ən çox azarkeş toplayan klubların reytinq cədvəlini yayıb.
Azərbaycan təmsilçisi noyabrın 1-də Tehranın “İstiqlal” komandası ilə keçirilən görüşdə ən çox azarkeş toplayan komanda olub. Təbrizin səhənd stadionunda keçirilən görüşü 100 mindən çox tamaşaçı seyr edib. Bu həftəsonu üçün dünya rekordu kimi qeydə alınıb.
Almaniya Bundesliqasının Dortmunddakı “Borussiya” – “Volfsburq” qarşılaşması 80 min 200 tamaşaçı toplamaqla 2-cidir. İspaniya La Liqasının “Real” – “Betis” görüşü siyahıda üçüncüdür – 70 min 375. “Traxtur” 2006-cı ildə Asiya komandaları arasında ən çox azarkeş toplayan klub olub.

DAVAM.AZ
Təbriz (Güney Azərbaqycan)
Bu xəbər oxucular tərəfindən 19 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed