Şrift:
Ölkədə internetin sürətinin niyə aşağıdır?
06.11.2019 [11:56] - İqtisadiyyat
Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkədə internetin sürətinin aşağı olması barədə iradlara münasibət bildirib.
E. Vəlizadə jurnalistlərə açıqlamasında deyib ki, bu, tam əsassız fikirlərdir. Nazir müavini Azərbaycanda internetin inkişaf səviyyəsinin yüksək olduğunu vurğulayıb: “Ölkəmizdə ən qabaqcıl İnternet texnologiyaları tətbiq olunur. İstər mobil, istər simsiz texnologiyalar, istər simli telefon şəbəkələri vasitəsi ilə vətəndaşlar öz maraq və tələbatlarına uyğun xidmətlər əldə edə bilirlər. Bu baxımdan Azərbaycanda internetin sürətinin aşağı olması barədə fikirlər tam əsassızdır. Azərbaycanda internetin sürətinin guya aşağı olması barədə göstəricilərin yer aldığı mənbə – Böyük Britaniyanın "Cable" şirkəti məhz onun üçün nəzərdə tutulub ki, kiminsə internetə girişdə problem olursa, onu yoxlamaq üçün bilavasitə həmin mənbəyə müraciət edir. Ona görə də "Cable"yə müraciət edən şəxslər elə hansısa səbəbdən aşağı sürətli internet istifadəçisi olanlardır. İnternet sürəti yüksək olan istifadəçilər heç vaxt o mənbəyə müraciət etmirlər. Ona görə də Azərbaycan reallığında yüksək olan göstərici həmin mənbədə qeyd olunan göstəricilərdən dəfələrlə yüksəkdir”.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed