Şrift:
ABA ilə IFC arasında əməkdaşlığa dair müqavilə imzalanıb
06.11.2019 [11:59] - Sosial
Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənəd bu gün Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumu çərçivəsində imzalanıb. Sənədi ABA-nın prezidenti Zakir Nuriyev və IFC-nin Azərbaycan ofisinin rəhbəri Aliyə Əzimova imzalayıblar.
Sənədə əsasən, hər iki qurum elektron və rəqəmsal maliyyə xidmətləri çərçivəsində əməkdaşlıq edəcək. Layihə İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdiriləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed