Şrift:
MÜSİAD üzvləri arasında Azərbaycanın tanıtımı bundan sonra da aparılacaq
07.11.2019 [10:40] - İqtisadiyyat
Bunu Trend-ə Türkiyənin Müstəqil Sənayeçilər və Sahibkarlar Assosiasiyasının (MÜSİAD) Azərbaycan ofisinin rəhbəri Əbdürrəhman Uzun deyib. Ə.Uzun qeyd edib ki Azərbaycanın türkiyəli iş adamlar arasında daha da tanıdılması məqsədi ilə MÜSİAD Azərbaycan ofisinin yayımladığı “Çerçece” jurnalında qardaş ölkə haqqında ətraflı məqalə yayımlanıb: "MÜSİAD-a üzv olan şirkətlər son zamanlar Azərbaycana gəlməyə başladı və bunlardan ilki də MÜSİAD İzmir ofisidir. Bundan sonra digər MÜSİAD şöbələrinin də Azərbaycana gəlməsi gözlənilir. Türkiyəli iş adamları bazarı öyrənmək məqsədi ilə AzərbaycanA səfər etdikdən sonra ölkəyə sərmayə qoymağı planlaşdırırlar, bunun üçün çox əlverişli şərait yaradılıb".
MÜSİAD İzmir Ofisinin idarə heyətinin sədri Bilal Sayğılı isə qeyd edib ki, MÜSİAD üzvləri arasında Azərbaycanın tanıtımı gələcəkdə buraya 4-5 milyard sərmayənin qoyulmasına şərait yaradacaq. B.Sayğılı əlavə edib ki, MÜSİAD üzvləri arasında bir çox sahədə, ixtisaslaşmış üzvlər var: “MÜSİAD İzmir şöbəsi ən önəmli şöbələrdən biridir və ümumilikdə şöbədə 255 üzv var. İzmir MÜSİAD ofisindən Azərbaycana 22 nəfərlik nümayəndə heyəti ilə gəlib. Bu gün Azərbaycanda neft və kimya sahəsində ciddi şirkətlər var. Türkiyəli iş adamları Azərbaycana sərmayə qoymaqla yanaşı, bu ölkəyə turist axınının artmasında da maralıdırlar. Hazırda türkiyəli iş adamları Azərbaycan bazarını daha dərindən öyrənirlər".
Türkiyə səfirliyinin ticarət müşaviri Ahmet Atakər Türkiyənin Müstəqil Sənayeçilər və Sahibkarlar Assosiasiyasının (MÜSİAD) Bakı ofisi və MÜSİAD İzmir heyətinin qəbulu zamanı bildirib ki, Azərbaycanın müxtəlif sektorlarına investisiya qoyan xeyli türkiyəli sərmayəçi var və onlar bu sərmayəçi sayının artmasında maraqlıdırlar ki, hər iki ölkə bu investisiyalardan çox fayda əldə etsin.
“Əsas hədəflərdən biri də odur ki, Azərbaycanın sahib olduğu imkanlardan türkiyəli sərmayəçilər, Türkiyənin sahib olduğu imkanlardan isə azərbaycanlı sərmayəçilər faydalansın. Azərbaycan türk iş adamlarının sərmayə qoya biləcəyi ən uyğun ölkədir və bu Bakıya gələn bütün türk iş adamlarına bildirilir. Bizim dilimiz, dinimiz, yaşayış və mədəniyyətimiz eynidir. Azərbaycanda türk iş adamlarının sərmayə qoyması, Türkiyənin bir vilayətindən gedib başqa bir vilayətində sərmayə qoymaq kimi asandır".
A.Atakərin sözlərinə görə, analoji halı Türkiyədə sərmayə qoyan azərbaycanlı iş adamları üçün də söyləmək olar: "Baxmayaraq ki son aylar Türkiyə iqtisadiyyatı ciddi xarici təzyiqə məruz qalıb, dövlət olaraq bütün bu çətinliklərin öhdəsindən gələ bilmişik. Azərbaycan və Türkiyə Çinlə Avropa arasında olan yeni İpək yolunun tam mərkəzində yerləşir. Çindən başlayaraq Avropaya gedən dəmir yolu Azərbaycan və Türkiyə üzərindən keçir və hər iki ölkə bu mənada çox önəmlidir. Bütün bunlarla yanaşı, Azərbaycan enerji qaynaqlarının mərkəzidir.
Müşavir onu da əlavə edib ki, Azərbaycan, eyni zamanda logistik əhəmiyyətə də sahib bir ölkədir: "Digər türk ölkələrindən fərqli olaraq Azərbaycan türkiyəli podratçıların daha çox və aktiv fəaliyyət göstərdiyi bir ölkədir. Azərbaycanda bir sıra texnologiya parkları təsis olunur ki, bu parklarda sərmayə qoyanlara müxtəlif güzəştlər tətbiq olunur".

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed