Şrift:
KOB-ların məhsul və xidmətləri “CASPINDEXPO 2019” sərgisində
07.11.2019 [11:47] - İqtisadiyyat
Kiçik və orta biznes subyektləri öz məhsul və xidmətlərini noyabrın 6-da Bakı İdman Sarayında öz işinə başlamış 2-ci Beynəlxalq Sənaye Sərgisində (“CASPINDEXPO 2019”) nümayiş etdirir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurumun dəstəyi ilə sənaye sahəsində fəaliyyət göstərən KOB-lar üçün ayrılmış xüsusi stenddə bağ, ev və ofis mebelləri, alüminium və plastik qablar, streç və folqalar, kağız və karton çantalar, istixana konstruksiyaları və aksesuarları, dəmir və taxta məmulatlar, işıq dirəkləri və s. məhsullar, eləcə də sənaye avadanlıqlarının təmiri və quraşdırılması xidməti təqdim edilir. Sərgi çərçivəsində KOB-lar ziyarətçilərə öz məhsul və xidmətlərini təqdim etməklə yanaşı, yerli və xarici şirkətlərlə əlaqələr qurur, əməkdaşlıq və satış imkanlarına dair müzakirələr aparırlar. Sərgidə Azərbaycan şirkətləri ilə yanaşı, bir sıra ölkələrin sənaye sahəsində fəaliyyət göstərən şirkətləri də təmsil olunur.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed