Şrift:
Türkmənistanda kitab sərgi-yarmarkasında ölkəmiz də təmsil olunub
07.11.2019 [12:16] - Türk dünyası-Turan
Türkmənistanın paytaxtı Aşqabadda Ticarət və Sənaye Palatasının sərgi mərkəzində XIII Beynəlxalq kitab sərgi-yarmarkası və “Kitab -əməkdaşlıq və tərəqqi yoludur” adlı konfrans keçirilib. Kitab forumunda 20 ölkədən 70-dən çox iri şirkətin nümayəndəsi iştirak ediblər.
Görkəmli mədəniyyətşünaslar, çap sahəsində çalışan mütəxəssislər, ədəbiyyatşünaslar və yazıçıların dəvət olunduğu sərgi və konfransda Azərbaycanı “Şərq-Qərb” və “LitterPress” nəşriyyatı təmsil edib.
Stendlərdə bədii ədəbiyyat, uşaq nəşrləri, lüğətlər, incəsənət haqqında yeni çoxcildlik, dərsliklər təqdim olunub. XIII Beynəlxalq kitab sərgi-yarmarka və "Kitab-əməkdaşlıq və tərəqqi yoludur" konfransının rəsmi bağlanış mərasimində iştirakçılara diplomlar təqdim edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed