Şrift:
Varşavada “Azərbaycan: Qafqazın mirvarisi, əbədi məşəl ölkəsi” adlı təqdimat keçirilib
08.11.2019 [10:30] - Diaspor
Varşavada “Azərbaycan: Qafqazın mirvarisi, əbədi məşəl ölkəsi” adlı təqdimat keçirilib.
Təqdimat Azərbaycana turist kimi gələn polşalı səyyah Barbara Juxovska tərəfindən Bemova Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Videomateriallarla hazırlanmış təqdimatda Bakı, Qobustan, Şamaxı, İsmayıllı və Lahıc bölgələrində Azərbaycanın mədəniyyətini, mətbəxini və tarixi memarlığını əks etdirən məlumatlar iştirakçılara nümayiş edilib.
Tədbirdə iştirak edən Azərbaycanın Polşadakı Səfirliyinin əməkdaşı Sadiq Babayev təqdimatdan sonra bütün iştirakçılara səfirlik adından təşəkkürünü bildirib, hər kəsi gözəl diyar olan Azərbaycana dəvət edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed