Şrift:
Makron NATO-nun “koma”da, Avropanın isə “uçurumun kənarında” olduğunu bildirib
08.11.2019 [10:59] - Köşə yazarları
Fransa Prezidenti Emmanuel Makron NATO-nun ABŞ və müttəfiqləri, xüsusən də Türkiyə arasında strateji qərarlar qəbul edə bilməməsi səbəbindən “koma”da olduğunu bildirib. Fransa prezidenti bu barədə İngiltərənin “The Economist” jurnalına müsahibəsində bildirib. Nəşrin yazdığına görə, Makron qeyd edib ki, ilk növbədə NATO-nun strateji hədəflərinin nədən ibarət olduğunu aydınlaşdırmaq lazımdır. Fransa prezidenti Avropanın "uçurumun kənarında" olduğunu və yenidən Avropa ölkələrinin müdafiə imkanlarını "inkişaf etdirməyin" vacibliyini söyləyib.
Makron oktyabr ayında Suriyanın şimal-şərqində Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatları və bu fonda baş verən hadisələri Qərbin və NATO-nun səhvi kimi dəyərləndirib.
Qeyd edək ki, həmin vaxt Estoniya Baş Nazirinin səlahiyyətlərini icra edən və daxili işlər naziri Mart Helme də ABŞ qoşunlarının Suriyadan çıxarılmasını və Suriyanın şimal-şərqində Türkiyənin hərbi əməliyyatlara başlamasını NATO-nu iflic etdiyini söyləmişdi.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed