Şrift:
Güney Azərbaycanda zəlzələdə ölən və yaralananların sayı artıb
08.11.2019 [11:12] - Köşə yazarları
Güney Azərbaycan baş vermiş zəlzələdə ölən və xəsarət alanların sayı artıb.
Güney Azərbaycanın Böhranın idarəetmə idarəsinin baş direktoru Məhəmməd Baqir Hünərbər bildirib ki, Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ zamanı 6 nəfər ölüb, 345 nəfər xəsarət alıb, 40 ev tamamilə dağılıb. O qeyd edib ki, zəlzələ Ərdəbil, Zəncan və digər əyalətlərdə də hiss olunub. Ərdəbildə zəlzələ nəticəsində 30 nəfər yaralanıb, yaralılardan 2-nin vəziyyəti ağırdır.
Qeyd edək ki, bu axşam yerli vaxtla saat 02:17-də Güney Azərbaycanın Miyanə şəhəri yaxınlığında baş vermiş 5.9 bal gücündə olan zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 62 km dərinlikdə olub.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 18 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed