Şrift:
“Qocalar ölməz” filmi beynəlxalq festivalda uğur qazanıb
08.11.2019 [11:34] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanda istehsal edilən “Qocalar ölməz” filmi beynəlxalq festivalda uğur qazanıb. Gənc ərdəbilli rejissor Rza Camalinin çəkdiyi film Tokio Film Festivalında “Asiya ruhu” mükafatına layiq görülüb.
Filmdə təmiz havası olan bir kənd əhalisindən bəhs olunur. Həmin kənddə uzun müddətdir ki, kimsə ölməyib. Lakin bir yaşlı kişi xatirələrini yada salaraq ölüm haqda düşünür. Eyni halda gənc bir qız yüksək ruhda və həyata ümidli bir şəkildə yaşayır. Filmin ümumi fəlsəfəsi həyat və ölümlə bağlıdır.
https://www.youtube.com/watch?time_continue=20&v=gA5ZTzpK4Zg
Türk dilində hazırlanan film bu günədək İran, Almaniya, İtaliya, İngiltərə, Türkiyə və s. kimi ölkələrdə keçirilən festivallarda müxtəlif mükafatlara layiq görülüb. 32-ci Tokio Beynəlxalq Film Festivalı oktyabrın 28-dən noyabrın 5-dək Yaponiyada keçirilib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed