Şrift:
ABŞ Qarabağ münaqişəsinin tərəflərini nizamlama ilə bağlı konkret addımlar atmağa çağırır
08.11.2019 [14:19] - Köşə yazarları
ABŞ ATƏT Minsk qrupunun işinə böyük əhəmiyyət verir və Dağlıq Qarabağ münaqişəsinin tam nizamlanmasına sadiqliyini bildirir. Bunu ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor təşkilatın Daimi Şurasının iclasında deyib. O, son aylarda qoşunların təmas xəttindəki itkilərdən narahat olduqlarını ifadə edib: “Bu, münaqişə çərçivəsində davam edən insan itkilərini göstərir və yerlərdə, eləcə də paytaxtlarda gərginliyi artırır. Bu, həm də nizamlama perspektivlərini azaltmaqla inamsızlıq və düşmənçiliyi artırır. Eyni zamanda Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri arasında konstruktiv əlaqələr ümid verir. Əlaqələrin səviyyəsi nəticə verə bilər və verməlidir. Biz tərəfləri ölkələrin əhalisini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün bu il ərzində müzakirə olunan konkret humanitar və təhlükəsizlik tədbirləri barədə razılığa gəlməyə çağırırıq”.
C.Gilmorun sözlərinə görə, bu məsələlər barədə razılıq kifayət deyil: “Biz tərəfləri tez bir zamanda konkret addımlar atmağa çağırırıq”.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 18 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed