Şrift:
FAO Urmu Gölü ilə ilə bağlı seminar keçirdi
08.11.2019 [23:54] - Güney Azərbaycan xəbərləri
Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı olan FAO Urmiya gölü ilə bağlı “Urmu Gölündə su ehtiyatlarının davamlı idarə edilməsi üzrə vahid proqram” layihəsi çərçivəsində seminar keçirib.
FAO-nun yaydığı məlumata görə, seminar Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatının, İran adlı ölkənin Energetika, Kənd Təsərrüfatı Cihadı Nazirliyinin, Meteorologiya Təşkilatı, Quraqlığın Milli Monitorinqi və Xəbərdarlıq Mərkəzi, Urmu Gölünün Bərpası Qərargahının, Şərif Texnologiya Universiteti və Elm və Texnologiya Universiteti ekspertləri və mütəxəssislərinin iştirakı ilə Meteorologiya və Atmosfer Elmləri İnstitutunda keçirilib. Seminarda quraqlıq indeksini hazırlanması ilə bağlı lazımi məsələlər müəyyənləşdrilib və gölün qurumasına təsir göstərən amillər müzaklirə edilmişdir.
Həmçinin FAO-nun torpaq ehtiyatlarının idarə edilməsi üzrə baş mütəxəssisi Gianluka Françeskini həyata keçirilən fəaliyyət və tədbirlər haqqında deyib: “Bu gün quraqlığın qiymətləndirməsi, eləcə də quraqlığın ölçülməsi ilə bağlı ik nəticələr təqdim edilib və müzakirə olunub. O bildirib ki, bu, meteoroloji, kənd təsərrüfatı və hidroloji quraqlığın müxtəlif aspektləri barədə bu məlumatları verən İranın ilk əməkdaşlığıdır.

DAVAM.AZ
“Nyu York Bürosu” (ABŞ)
Bu xəbər oxucular tərəfindən 305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed