Şrift:
Güney Azərbaycanda faciə: 80 kənd, 500 ev dağıldı, 380 yaralı
09.11.2019 [00:01] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanda baş verən zəlzələ nəticəsində indiyədək rəsmi olaraq 6 nəfərin öldüyü (qeyri-rəsmi məlumata görə, 11 nəfər həlak olub), 380 nəfərin yaralandığı bildirilir. Yaralılardan 17-si xəstəxanaya yerləşdirilib. Ölənlərin hamısı Miyana şəhəri ətrafında yaşayan sakinlərdir. Zəlzələ nəticəsində 80 kənddə dağıntılar olub, 500 evə ciddi ziyan dəyib. Vərnkəş və Vərziqan kəndləri ən çox zərər dəyən kəndlərdir. Rəsmi məlumata görə, 34 əməliyyat qrupu zərərçəkmişlərə yardım məqsədi ilə bölgələrə göndərilib. İndiyədək 57 avterşok qeydə alınıb.
İran adlı ölkənin Qızıl Aypara cəmiyyətindən verilən məlumata görə, zəlzələdən ziyan çəkənlərin 60 faizi müvəqqəti yerlərə yerləşdirilib. Bölgədəki evlərin zəlzələyə davamlı olmaması dağıntının miqyasının artmasına səbəb olub. Həmçinin, zəlzələ bölgəsində xəstəxananın az olması ciddi problemlərə yol açıb. Hadisə şahidlərinin bildirdiyinə görə, 12 yaşlı qız xəstəxanaya gec çatdırıldığı üçün həyatını itirib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 14 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed