Şrift:
Uşaq və yeniyetmələr “Mənim sevimli bayrağım” mövzusunda rəsmlər çəkib
09.11.2019 [00:59] - Gənclik
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xətai rayonundakı idman-əyləncə park kompleksi ərazisində uşaqlar üçün növbəti tədbir keçirilib. 9 noyabr-Dövlət Bayrağı Günü ərəfəsində reallaşan tədbirdə Bakının müxtəlif uşaq evləri və internat məktəblərinin şagird və müəllimləri iştirak edib. Uşaq və yeniyetmələr park ərazisində fırça ilə bacarıqlarını nümayiş etdirib, bayram ovqatlı yaddaqalan bir gün yaşayıblar. Onlar Azərbaycan bayrağına olan sevgilərini nümayiş etdirərək rəngli təbaşirlərlə “Mənim sevimli bayrağım” mövzusunda rəsmlər çəkiblər. Üçrəngli Azərbaycan bayrağına sevgisini çəkdiyi rəsmlə ifadə edən 2 nömrəli İnternat Məktəbinin IX sinif şagirdi Əli Quliyev deyib ki, belə tədbirlərin təşkil olunması onun sevincinə səbəb olur: “Mən bayrağımızı çox sevirəm. Bir neçə dəfə Heydər Əliyev Fondunun bizlər üçün təşkil etdiyi tədbirlərdə iştirak etmişəm. Həmyaşıdlarımla bir yerdə olmaq, eyni duyğuları yaşamaq çox yaxşı hissdir. Bizə göstərdiyi qayğıya görə Fondun rəhbərliyinə təşəkkür edirəm”.
3 nömrəli İnternat Məktəbinin VII sinif şagirdi Məltəm Zamanlı da digərləri kimi özünü xoşbəxt hiss edir. “Sabah Dövlət Bayrağı Günüdür. Bizim iştirak etdiyimiz tədbir də bu günə təsadüf edir. Mən də bayrağımıza sevgimi bildirmək üçün onun rəsmini çəkirəm”.
Xatırladaq ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mütəmadi olaraq əyləncə və maarifləndirici layihələr həyata keçirir, onları ailə qayğısı ilə əhatə edir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 16 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed