Şrift:
“Vaqif” operası yenidən səhnədə
09.11.2019 [01:04] - Mədəniyyət
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, bəstəkar Ramiz Mustafayevin “Vaqif” operası nümayiş edilib. Teatrdan bildirilib ki, tamaşada əsas partiya - şair Vaqifin obrazını Azərbaycanın əməkdar artisti Ramil Qasımov ifa edib.
R.Qasımovla yanaşı, səhnə əsərində, həmçinin xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Fəridə Məmmədova, Fərid Əliyev, Cahangir Qurbanov, Tural Ağasıyev, solistlərdən beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev, Nina Makarova və başqaları çıxış ediblər.
Opera əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Yusif Babayev, konsertmeysteri Aysel Məlikovadır. Aktyorların məharətli çıxışı operanı baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 16 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed