Şrift:
Güney Azərbaycan devrimində (hərəkatında) lümpenlər kimlərdilər?
10.11.2019 [23:29] - Köşə yazarları
Sözsüz sağdan, soldan gəlmiş düşüncələri çağ aşımına uğramışlardılar. Nədənlərini qısaca yazım.
Bir devrimin özünə görə bəlli strategiyası olar. Taktikler də bu doğrultuda uyğulanar. Nə yazıq gərəkən siyasal, toplumsal yazın yoxsulluğundan bu yöndə gərəkən işlər görülmür.
Ancaq bunun dışında devrimi lümpençiliyə çevirən etgenler vardırlar. Bunlar da sağdan, soldan atılmış lümpen keçmiş siyasal güclərdilər. Bu güclər Güney Azərbaycanın budunsal ( milli ) gerçəklərindən uzaq bilgisizcə devrimi içdən yaralayır, devrimçilər içində qarşıdurmalar yaradırlar.
Bu güclər Güneyin savaşı olan Türkcəni doğru yazıb oxuyanmaz, fars şovinist yazınından da bilgisizdilər. Demək soruna tanı (təşxis ) qoyamaz, ona yol da göstərməzlər. Ancaq tanı qoyanları, yol göstərənləri də qarşı güclərlə birgə yolundan etməyə çalışarlar. Bu gün xaricdə Güney Azərbaycanın gənc güclərinin bir yerdə olmasını da bunlar ayaqtakımı işləriylə ölürlər. Daha doğrusu ürək bulandırırlar. Gənclərin özlərinin də törəsəl anlayışları onların bir yedə olmağını önlür. Bu gənclər kəsinliklə bunları önəmsəməməli, onlara hansısa siyasal söz payı verməməlidilər. Çün, bu insanların siyasal, toplumsal sözcük bilimləri çoxdan tarixə qarışmış, çağın gerçəklərini yansıtmır.
Bu açıdan düşmən dəyirməninə su tökürlər.
Kürdlər sömürücü güclərin köməyilə İraqda, Suriyada illərdir Türkümənlərə açıq biçimdə soyqırım uyğulur, onların kəndlərini, şəhərlərini onlardan boşaldıb yerləşirlər, sonra da bura da “Kürdistan”dır deyirlər. Bir kəz də olsun bu sağçı, solçu sürüsü onlara qarşı bir söz dedikləri olmamışdır. Vana, Iğdıra, Ağrıya, Qarsa siyasətləri gərəyi gəlib dolub, indi bunları “Kürdüstan” xəritəsi içinə almışlar. Urmuya, Sulduza, Xoya, Makıya. ..doluşan kürdlər buralara “Kürdüstan” demirlərmi? Deyirlər. Onda bu sözdə Azərbaycan Türkləri görəsən hansı siyasal taktiklərlə bunları yerlərində oturdacaqlar?
Amerika, Rusiya neçə min kilometr uzaqdan gəlib Suriyada yerləşmişlər. Səsləri belə çıxmır. Ancaq Türkiyə öz güvənliyi üçün Suriaya girmiş, bunlar qınırlar. Suriyaya neçə min Türk əsgəri girmiş olabilir. Ancaq Türkiyəyə 4 milyon suriyalı girmiş. Bunu niyə görmür bu sözdə siyasətçilər?
Nə oldu Amerika imprialistidi. İndi kürdü qoruduğu üçünmü insansevər oldu?
Güney Azərbaycan gəncliyi bu çağ aşımına uğramış lümpenləri kəsinliklə gündəmdə tutmamalı, onların gördüyü, dediyi sözləri də önəmsəməməli, onlara beləliklə ağteror uyğulamalıdır. Ondan sonra bu sancıların səsləri çıxmaz.
Bunların ağrısı Güney Azərbaycan deyil, itirilmiş kimliklərini öldürməkdir.

Ərsan Ərel
Stohkolm (Finlandiya)
Bu xəbər oxucular tərəfindən 67 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed