Şrift:
“Zorakı ekstremizm və radikallaşmanın qarşısının alınması” mövzusunda təlim keçirilib
12.11.2019 [10:58] - Sosial
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin BMT-nin Miqrasiya Agentliyi və USAID-lə birgə həyata keçirdiyi “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində təlim təşkil edilib. Təlim “Zorakı ekstremizm və radikallaşmanın qarşısının alınması” mövzusunda təşkil olunub.
Təlim sosial fenomen olan radikallaşmaya dair məlumatlılığı artırmaq və fərdləri ekstremist cəlbolunmalara açıq edən fərdi həssaslıqları müəyyənləşdirmək məqsədi daşıyır. Təlim bu sahədə çalışan peşəkarları radikallaşmanın ilkin xəbərdaredici əlamətlərini erkən müəyyənləşdirmək və müvafiq addımlar atmaq məqsədi ilə inam formalaşdırmaq üçün zəruri olan bilik və əməli alətlərlə təmin edir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed