Şrift:
MSK sədri: Vətəndaşların seçki hüquqlarının qorunması ilə bağlı bütün addımları atmalıyıq
12.11.2019 [11:58] - Xəbərlər
Biz Mərkəzi Seçki Komissiyası olaraq Azərbaycan vətəndaşlarının seçki hüquqlarının qorunması ilə bağlı bütün addımları atmalıyıq. Bunu "Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, seçkilər zamanı hüquqi narazılıqlarla bağlı Dairə Seçki Komissiyasına (DSK) müraciət edilir: "Daha sonra DSK Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edir və MSK bununla bağlı qərar verir. İddiaçı tərəf bu qərardan narazı qaldıqda Apellyasiya Məhkəməsinə (AM), AM-nin qərarından narazı qaldıqda Ali Məhkəməyə müraciət edir. Yəni bütün bunlar vətəndaşlarımızın ali hüquqlarıdır. Biz bu hüquqların qorunması üçün bütün addımları atmalıyıq".
M.Pənahov qeyd edib ki, Azərbaycan dünyanın demokratik ölkələrindən biridir və buna şübhə ola bilməz. O, dekabrın 23-də bələdiyyə seçkilərinin demokratik keçiriləcəyinə əminliyini bildirib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 354 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed