Şrift:
Noyabrın 27-dən Gürcüstan Avropa Şurasına sədrlik edəcək
12.11.2019 [13:52] - Xəbərlər
Noyabrın 27-dən Gürcüstan yarım il ərzində Avropa Şurasına sədrlik edəcək. Gürcüstanın gələcəkdə sədrliyi ilə əlaqədar olaraq, Avropa Şurasının baş katibi Maria Peiçinoviç-Buriç Tiflisə rəsmi səfərə gəlib. Məlumata görə, bu, onun baş katib kimi Gürcüstana ilk rəsmi səfəridir.
Səfər çərçivəsində Maria Peichinoviç-Buriç prezident, baş nazir, parlamentin sədri və Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri ilə görüşəcək. Avropa Şurasının 2020-2023-cü illər üçün fəaliyyət planının Gürcüstana təhvil verilməsi də reallaşacaq. Maraqlıdır ki, Gürcüstan ilk dəfə beynəlxalq təşkilata sədrlik edən ölkə olur. Noyabrın 27-də Strasburqda Gürcüstan prezidentliyinin təhvil verilməsi mərasimi keçiriləcək.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed