Şrift:
Naxçıvan Qarnizonu qoşunları döyüşə hazırolma dərəcəsinə gətirilib
13.11.2019 [10:04] - Hərb
Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunlarının birləşmə və hissələri həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazırolma dərəcəsinə gətirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, üç mərhələdə keçirilən təlimdə birinci eşelon bölmələrinin şərti düşmənin qəfil hücumlarının dəf edilməsi üzrə fəaliyyətləri, birlik, birləşmə və hissələrin hərbi idarəetmə orqanlarının ərazidə açılması və idarəetməni öz üzərinə götürməsi, səfərbərlik ehtiyatlarından döyüş hazırlığını təyin edən mütəxəssislərin və texnikaların qismən qəbulunun təşkili, ümumqoşun, tank, desant və diversiya əleyhinə ehtiyatların döyüş atışlı taktiki təlimdə praktiki fəaliyyətləri məşq etdirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 89 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed