Şrift:
“Azəri-Çıraq-Günəşli”dən ümumi hasilat 3,6 milyard barreli ötüb
13.11.2019 [10:10] - İqtisadiyyat
Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ilk neft hasilatından bəri ümumi istehsal 3,6 milyard barreldən çox olub.
Bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında AÇG-dən hasilat gündəlik orta hesabla 541 min barrel olmaqla ümumilikdə 148 milyon barrel, yəni 20 milyon ton təşkil edib. Doqquz ayın sonuna AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 42 su və 7 qaz injektor quyusu istismarda olub. Yanvar-sentyabr aylarında blokda 9 neft hasilat quyusu qazılıb. AÇG layihəsinə 9 ayda təqribən 418 milyon dollardan çox əməliyyat və 1 milyard 34 milyon dollaradək əsaslı məsrəflər xərclənib.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz. AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed