Şrift:
Azərbaycanda mobil rabitə sektorunun gəliri 2,6% artıb
13.11.2019 [10:19] - İqtisadiyyat
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 737,1 mln. manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,7%-ni təşkil edib.
Komitədən həmçinin bildirilib ki, bu ilin 10 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 1 776,4 mln. manatlıq xidmət göstərilib: "Xidmətlərin 72,7%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 16,1% artıb. Bu sahədə əldə olunan gəlirin 82,7%-i qeyri-dövlət sektorunun payına düşüb".

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed