Şrift:
Avropa kuboku: “Vüqar Həşimov” klubu üçüncü qələbəsini qazanıb
13.11.2019 [10:28] - İdman
Monteneqroda şahmat üzrə klublararası Avropa kuboku turnirinin üçüncü turunun oyunları keçirilib. “Vüqar Həşimov” klubu Rusiyanın “Primorsky District” klubuna 3,5:2,5 hesabla qalib gəlib. Digər komandamız “Odlar Yurdu” isə Çexiyanın “AVE Novy Bor” şahmatçıları ilə heç-heçə edib.
Xatırladaq ki, “Vüqar Həşimov” klubu əvvəlki turlarda Belçikanın “Fonteine” (5:1) və Sloveniyanın “Maribor” (4,5:1,5) komandaları ilə qarşılaşmaları da qələbə ilə başa vurub. “Odlar Yurdu” komandası isə birinci turda İsrailin “Rishon Lezion” komandasını 4:0 hesabla məğlub edib, ikinci turda “Nona” (Gürcüstan) ilə “sülh” bağlayıb.
“Vüqar Həşimov” klubunda Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, “Odlar Yurdu” komandasında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova təmsil olunurlar. Avropa kuboku turniri 7 turdan ibarətdir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 77 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed