Şrift:
“Bacarıqlı əllər” rəsm dərnəyi yeni layihəyə başlayıb
13.11.2019 [10:54] - Mədəniyyət
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının tərkibində artıq uzun illərdir fəaliyyət göstərən “Bacarıqlı əllər” rəsm dərnəyi yeni layihəyə başlayıb. Belə ki, “Bacarıqlı əllər” rəsm dərnəyi həftə sonları rəssamlığın müxtəlif növləri üzrə master-klass dərsləri keçirəcək.
Artıq vitraj üzrə master-klass baş tutub. Məlumat üçün qeyd edək ki, vitraj şüşə üzərində müxtəlif ornament və ya süjetli dekorativ kompozisiyanın işlənməsidir. Uşaqlar tərəfindən böyük maraqla qarşılanan tədbirin əsas məqsədi onların mənəvi aləmlərinin zənginləşməsi, rəssamlığın müxtəlif növləri ilə tanışlığı və asudə vaxtlarının səmərəli keçirilməsidir. Bu kimi tədbirlər uşaqların gələcəyi üçün vacib amillərdən biridir. Tədbirin sonunda uşaqların işlədikləri kompozisiyalar xatirə olaraq özlərinə hədiyyə olunub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed