Şrift:
Yaddaşın möhkəmləndirilməsi üçün şirələr
13.11.2019 [11:48] - Sağlıq
Həddən artıq yüklənmələr, yüksək stress və yaşlanma – bütün bunlar bizim yaddaşımızı zəiflədir. Xoşbəxtlikdən elə içkilər var ki, onlar bu prosesi ləngitməyə imkan verir. Kök şirəsi. Kökü yalnız salat və şorbalara qatmaqla ondan istifadəni məhdudlaşdırmaq lazım deyil. Bu tərəvəzin tərkibində olan beta-karotin yaddaş üçün çox faydalıdır. Bu oksidant iltihabdan müdafiə edir və intellekti möhkəmlətməyə şərait yaradır. Bundan başqa, kök şirəsi təbiətinə görə şirindir, gün ərzində 1-2 stəkan içmək sizə xoş gələr.
Tomat şirəsi. Tomat dünyanın bir sıra milli mətbəxində əsas inqrediyentlərdəndir. Pomidorun tərkibində beyin hüceyrələrini müdafiə edən antioksidant – likopin mövcuddur. O, həmçinin arterial təzyiqi aşağı salır, dərinin sağlamlığını və parlaqlığını qoruyub saxlayır. Nəhayət, pomidor A və C vitaminlərinin zəngin mənbəyidir.
Nar şirəsi. Beyin hüceyrələrinin fəaliyyəti üçün oksigen və nutriyentlər (qida maddələri) tələb olunur. Nar şirəsi qan dövranının yaxşılaşmasına və beynin qanla təminatına şərait yaradır. Deməli, bir stəkan nar şirəsi çox faydalıdır.
Çuğundur şirəsi. Bu şirə də oksigen və nutriyentlərlə zəngin qanın beyinə ötürülməsini təmin edir. Bundan başqa, çuğundur şirəsi tərkibindəki azot oksidləri sayəsində beyni yaxşı vəziyyətdə saxlayır və yaddaşı möhkəmləndirir. Həmçinin arterial təzyiqi azaldır.
Giləmeyvəli smuzi. Müxtəlif giləmeyvələrin tərkibində faydalı komponentlər mövcuddur. Bunlar həm də smuzi üçün çox dadlı komponentlərdir. Bu içkini hazırlayarkən bir dəfəyə giləmeyvənin bir neçə növündən istifadə edin.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed