Şrift:
Fərəc Quliyev yeni inkişaf modeli təklif etdi (audio)
13.11.2019 [11:57] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisdə Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsi zərfinə daxil olan layihələrin müzakirəsi zamanı çıxış edərək, gələn ilin büdcəsi ilə bağlı bir neçə səmərəli təklif irəli sürüb, yeni inkişaf modeli təklif edib və deputat seçildiyi ərazi üzrə maliyyə çatışmazlığı səbəbindən həlli mükün olmayan problemlərin həlli üçün növbəti ildə dövlət tərəfindən vəsaitin ayrılması ilə bağlı məsələ qaldırıb.

F.Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik:

"Hörmətli sədr, Dəyərli hökumət üzvləri, Hörmətli həmkarlarım!

Dünyada təməl trendlər dəyişərək dövlətin və həyatın yeni təbiətini müəyyənləşdirmək zərurəti yaradb. Sərt gücdən yumşaq gücə keçid daha aparıcı yerdədir.Artıq təkcə istehsal-istehlak-böyümə düsturu yetərsizdi. Təməl parametrlər içərisində, texnologiyadakı dəyişimlər, süni zəka, və mobillik mərkəzli inkişaf bütün insan həyatını və təbiətini dəyişdirməyə namizəddir. "Sənaye 4,0" və "Cəmiyyət 5,0" anlayışlarının dünyanı dəyişmək və idarə etmək baxımından əhəmiyyətli başlıqlar olduğu aşkardır.Mən çox ümid etdiyim yeni hökumət üzvlərindən büdcədə məhz dövrün bu çağırışlarını nəzərdə tutan qeyri-neft sektorunun təməlinin qoyulması və inkişafı üçün vəsaitin nəzərdə tutmasını gözləyirdim.Hesab edirəm ki yeni komandanın belə bir potensialı var və ümid edək ki yeni ekosistemin-(yani təhlükəsizliyin yeni iqtisadi sisteminin ) -yaradılması və inkişafı üçün tikinti və digər bəsit sahələrdən vəsait azaldılaraq məhz bu sahəyə yönəldiləcək.Kosmos dövlətləri sırasında olan bir ölkə kimi yeni texnologiyaların istehsalı ilə yeni sənayeləşmənin təməlini nədən qoymayaq ki?
Bu hədəflənməzsə, hələ uzun müddət kondisioner və soyuducuları,hətta masaüstü qaz plitələri və digər adi məişət əşyalarını belə xaricdən almaq məcburiyyətində qalacağıq.Bu həm valyuta itirməkdir,həm bazarları itirməkdir,həm potensial iş yerlərini itirməkdir.
Fikirlərim bacarıqlı,yaxşı reputasiyalı məmurlarla yenilənmiş Hökuməti tənqid etməkdən daha çox bir çağırışdır və ümid edirəm ki zamanla ümidlərimiz doğrulacaqdır.

Dəyərli hökumət üzvləri,hörmətli həmkarlarım!
Millət vəkili seçildiyim bölgənin bir neçə probleminin həlli üçün büdcədən vəsait nəzərdə tutulması və müvafiq köməkliklər göstərilməsini hörmətli hökumət üzvlərinin nəzərinə çatdırmaq istəyirəm .


- Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi 14b, Muxtar Fətəliyev küçəsi, 15 və 17 saylı yaşayış binaları 1992-ci ildə inşa olunub və hələ də bu binalar istilik sitemi ilə təchiz edilməyib.
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-yə müraciətimə isə cavab olaraq bildirilib ki, istilik təchizat sistemlərinin yenidən qurulması və bərpası istiqamətində müəyyən hazırlıq işləri görülsə də bunun üçün dövlət büdcəsində investisiya vəsaiti nəzərdə tutulmadığından qeyd olunan layihənin icrası mümkün olmayıb.
Həmin 3 binanın hər birinin 9 mərtəbə olduğunu nəzərə aldıqda, bu yüzlərlə ailənin və ya minlərlə sakinin istiliklə təchiz olunmaması deməkdir.

- Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şimal” və “Şərq” yaşayış sahələrində tikilmiş yüzlərlə şəxsi evin kanalizasiya suları rayonun Bülbülə gölünə axıdılır. Düzdür, orada yaranmış böhranlı vəziyyətin aradan qaldırılması ilə bağlı müəyyən tədbirlər həyata keçirilir. Lakin, xətlərin mərkəzi sistemə qoşulmamasının səbəbi həmin ərazini də nəzərdə tutan kanalizasiya kollektorunun tikintisinin yarımçıq qalmasıdır ki, bunun da səbəbi vəsait çatışmazlığı ilə bağlıdır.

- Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə: 4042-60, Etibar Bəkirli küçəsi, ev: 45 ünvanında məcburi köçkünlərin məskunlaşdığı mənzillərin mülkiyyət hüququna sahib olan 154 ailədən ibarət sakinləri bir neçə dəfə mənə kollektiv şəkildə müraciət edərək bildirirlər ki, ailələrin əksəriyyəti ağır sosial şəraitdə yaşadıqları üçün kirayə qalma imkanları tükənib və öz mənzillərində yerləşmələrinə ciddi ehtiyacları var. Onlıardan bəzilərinin əlində mənzilində məskunlaşmış məcburi köçkünlərin çıxarılması ilə bağlı məhkəmə qərarları da var.
Bu problemlə bağlı da sakinlərin dövlət qurumlarına saysız müraciətləri olub, dəfələrlə mətbuat orqanları vasitəsi ilə də müraciətlər edib kömək istəyiblər.
Həmin sakinlərin müraciətləri əsasında mən Milli Məclisdə bir dəfə də məsələ qaldırdırmışdım. Məcburi köçkünlər üçün tikilən binalardan birinə bu binada məskunlaşmış məcburi köçkünlərin köçürülməsi və ya mənzil sahibi olan sakinlərə mənzillərin həcminə uyğun şəkildə kompensasiya ödənilməsi yolu ilə yaranmış narazılığı aradan qaldırmaq olar.
Ümumiyyətlə məcburi köçkünlər üçün tikilən yeni evlərə yataqxanalar, sanatoriyalar və bu kimi dövlət mülkiyyətində olan bunalarda məskunlaşmış məcburi köçkünlərdən əvvəl, sakinlərin şəxsi evlərində və mənzillərində məskunlaşmış köçkünlərin yerləşdirilməsi daha məqsədəuyğun olar ki, bu da bu cür narazılıqların yaranmamsına səbəb olar.

Diqqətiniz üçün təşəkkür edirəm."

TIKLAYIN



Mili Dirçəliş Hərəkatı Partiyası Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 474 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed