Şrift:
Türkiyə İŞİD üzvü 29 Azərbaycan vətəndaşını deportasiya edəcək
13.11.2019 [12:17] - Xəbərlər
Türkiyədən deportasiya ediləcək əcnəbi İŞİD-çilərin sayı açıqlanıb. Türkiyədən çıxarılacaq əcnəbi İŞİD-çilərin sayı 959 nəfər təşkil edir, onların arasında 29 nəfər Azərbaycan vətəndaşı da var.
Deportasiya ediləcək İŞİD-çilərin arasında Rusiya (99 nəfər), Almaniya (17 nəfər), Ukrayna (4 nəfər), Hollandiya (3 nəfər), Fransa (2 nəfər), Danimarka (2 nəfər), Avstriya (2 nəfər), Kosova (2 nəfər), Bolqarıstan (2 nəfər), Rumıniya (1 nəfər), Albaniya (1 nəfər), Özbəkistan (82 nəfər), Qırğızıstan (23 nəfər), Tacikistan (21 nəfər), Misir (13 nəfər), Əfqanıstan (11 nəfər), Tunis (10 nəfər), Qazaxıstan (10 nəfər), Fələstin (9 nəfər), Mərakeş (8 nəfər), Pakistan (6 nəfər), Türkmənistan (6 nəfər), Nigeriya (3 nəfər), İran (3 nəfər), Somali (3 nəfər), Liviya (2 nəfər), İordaniya (2 nəfər), Əlcəzair (2 nəfər), Səudiyyə Ərəbistanı (2 nəfər), Yəmən (1 nəfər), Böyük Britaniya (1 nəfər), İraq 296, Suriya (273 nəfər), ABŞ ( 2 nəfər), Avstraliya (3 nəfər) vətəndaşları da yer alıb. Onların arasında 147 nəfər azyaşlılardır. Azyaşlıların valideynlərini Suriyada gedən döyüşlərdə itirdiyi bildirilir.

DAVAM.AZ
“Ankara Bürosu” (Türkiyə)
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed