Şrift:
BŞBPİ: Bakıda avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13.11.2019 [12:30] - Hadisə
Sosial şəbəklərdə yayılan videogörüntülərdə yolu bağlayaraq avtomobillərə və şəxslərə hücum edən naməlum şəxslər tərəfimizdən müəyyən olunaraq saxlanılıblar. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib.
E.Hacıyev qeyd edib ki, noyabrın 12-də saat 22:45 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində iki nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Xidmətinə məlumat daxil olub. Araşdırma zamanı bu əməli törədən şəxslərin 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili olduqları müəyyən edilib. Onlar ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gətiriliblər. Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib. E.Hacıyev deyib ki, həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed