Şrift:
Mingəçevirdə mənzillərdən silsilə oğurluq edən şəxs tutulub
13.11.2019 [12:32] - Hadisə
Bakı şəhər sakini Rafiq İsmayılov Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Anar Həsənov şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, dindirilərkən törətdiyi oğurluq əməlini etiraf edib.
Aparılan araşdırmalar nəticəsində A.Həsənovun digər cinayət əməllərində də əlinin olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxsin bir neçə gün öncə daha üç vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq oğurluq etdiyi müəyyənləşib. Oğurlanan əşyaların müəyyən bir qismi maddi sübut kimi götürülüb. Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed