Şrift:
Güney Azərbaycan Milli Hərəkatı bəyanat yaydı
13.11.2019 [12:49] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatı bəyanat yayaraq İran adlı ölkənin coğrafiyasında yaşayan bütün türkləri baş verən zəlzələdən zərərçəkənlərə yardım etməyə çağırıb.
“Türkün türkdən başqa dostu yoxdur”. Bu sözün doğru olduğu müxtəlif zamanlarda İran corafiyasında yaşayan türk xalqlarına sübut olunub. Azərbaycan türkləri, qaşqay, türkmən, xələc, avşar və digər türk boyları arasında hər hansı təbii fəlakət baş verərsə, onlar bir-birlərinə dayaq durub və yenə də duracaq. Təəssüflər olsun ki, bir neçə gün əvvəl Miyana bölgəsində zəlzələ baş verdi və türk xalqlarını kədərə boğdu. Bu məsələ İranda türk xalqlarını hərəkətə gətirib, onlar öz soydaşlarına yardım edəcək.
Biz azərbaycanlı milli-mədəni fəallar olaraq təbii fəlakətdə əzizlərini itirən ailələrə başsağlığı verir, baş verən hadisə ilə bağlı öz məsulliyyətimizi dərk edərək zəlzələdən zərərçəkənlərə yardım toplamağı özümüzə borc bilirik. Azərbaycan və digər türklərdən bu işdə fəallara dəstək vermələrini gözləyirik.”- deyə bəyanatda qeyd olunub.
Fəallar zəlzələ bölgəsinə göndəriləcək yardımları da qeyd edib: Elektrikli qızdırıcı vasitələr, kabel, yorğan, geyim, uşaq bezi və tibbi ləvazimat.
Qeyd edək ki, noyabrın 8-də Miyana məntəqəsində təxminən 6 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət çox sayda insanın ölüm və xəsarət alması ilə nəticələnib. Onlarla kənddə palçıqdan olan evlər yerlə yeksan olub.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed