Şrift:
Rejim milli fəal Cavad Əhmədi Yekanlını hədələdi
13.11.2019 [13:04] - Güney Azərbaycan xəbərləri
İrqşi Tehran rejiminin ETTELAAT İdarəsi Güney Azərbaycanın Xoy şəhərində yaşayan Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan Cavad Əhmədi Yekanlı ilə telefon əlaqəsi saxlayıb, onu hədələyib. Azərbaycanlı fəala 2019-cu il noyabrın 11-də zəng edilib, o müəyyən məsələlərlə bağlı izahat vermək məqsədi ilə ETTELAAT İdarəsinə çağırılıb. Cavad Əhmədi Yekanlı ETTELAAT İdarəsinə qanunsuz çağırılmasına sərt reaksiya verərək bildirib ki, ondan hər hansı şikayət varsa, bu işə məhkəmə baxmalıdır.
Qeyd edək 2019-cu il noyabrın 2-də rejimin Güney Azərbaycandakı Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi Cavad Əhmədi Yekanlı və daha iki azərbaycanlı milli-mədəni fəal barəsində bəraət hökmü çıxarıb. Cavad Əhmədi Yekanlı bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə rejim tərəfindən təzyiq və həbsə məruz qalıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed