Şrift:
Radiklal kürd və fars şovinistlərindən Güney Azərbaycandakı zəlzələyə qeyri-insani reaksiya
13.11.2019 [13:09] - Güney Azərbaycan xəbərləri
Noyabrın 8-də Güney Azərbaycanın Miyana şəhəri məntəqəsində baş verən dağıdıcı zəlzələ çox sayda insanın ölümü və xəsrət alması ilə nəticələnib. Nə qədər inanılmaz olsa da, bu hadisədən sevinən xəstə təfəkkürlü insanlar da var. Cümə günü baş verən təbii fəlakət bir çox radikal kürd və fars şovinistlərinin diqqətini çəkib. Onlar Facebook, İnstaqram, Twitter və digər sosial şəbəkələrdə müxtəlif postlar paylaşaraq bölgə əhalisinin kədərlərini paylaşmaq yerinə onların ünvanına təhqiramiz ifadələr ünvanlayıb, zəlzələni azərbaycanlıların yanlış əməlinin nəticəsində baş verdiyini bildiriblər. Türklərə qarşı irqçi mövqe sərgiləyən sosial şəbəkə istifadəçiləri təbii fəlakəti türklərin sözdə separatçı olması və İranın təhlükəsizliyinə xələl gətirmələri ilə əlaqələndiriblər. Bir çox radikal kürd isə təbii fəlakəti güney azərbaycanlıların Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatına dəstək verməsi ilə əlaqələndirib. Azərbaycan türklərinin ünvanına söyüşlər yazan irqçilər vurğulayıb ki, zəlzələdən zərərçəkənlər yalnız Türkiyədən yardım gözləməlidir. Fars və kürd kökənli irqçilərin Azərbaycan türklərinə qarşı sərgilədiyi rüsvayçı mövqe güney azərbaycanlı sosial şəbəkə istifadəçilərini qəzəbləndirib , onlar belə bir insanlarla eyni dəyərləri paylaşmağın mümkün olmadığını qeyd ediblər.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed