Şrift:
Zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür
13.11.2019 [13:15] - Güney Azərbaycan xəbərləri
Ötən həftə Güney Azərbaycanda baş verən dağıdıcı zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür. Əhalinin bölgəyə göndərdiyi yardımlar zəlzələdən zərərçəkənlərin ehtiyaclarının ödənilməsini təmin etmir. Dövlət isə gözlənilən etirazların qarşısını almaq məqsədi ilə davamlı vədlər verir, lakin hələ ki, bölgəyə ciddi yardım göndərilməyib. Hazl-hazırda bölgədə qızınmaq vasitələri, yemək, yorğan, dava-dərman, geyim və s. kimi yardımlara ehtiyac var. Qızınmaq vasitələri, həmçinin dava-dərman və tibbi ləvazimatın olmadığından 10 günlük körpənin ağır xəstələndiyi bildirilir. Xanım Hacər Mirzayi Vərənkeşi isə bir çox problemə toxunub və hər kəsi bu vəziyyətə etiraz etməyə çağırıb. Onun yanında 12-13 yaşlı Zəhranın atası Əsğər Abedi dayanıb. Zəhra dağıntıların altından diri çıxarılıb. Lakin kənddə tibbi mərkəz olmadığı üçün Türkmənçay şəhərinə qədər aparılıb. Uşaq nəhayət atasının gözü qarşısında can verib.
Zəlzələ bölgəsində evlərin palçıqdan olması, təbii fəlakətdən zərərçəkənlərə vaxtı-vaxtında yardım edilməməsi, yaxınlıqda tibbi mərkəzlərin olmaması, zəlzələdən sonra insanların gecələməsi üçün şərait olmaması və s. bölgədə vəziyyəti ağırlaşdırıb. Qeyri-rəsmi mənbələrə görə, zəlzələ nəticəsində təxminən 40 nəfər həyatını itirib. Hökumət rəsmiləri və İranın kütləvi informasiya vasitələri təbii fəlakət zamanı 6-8 nəfərin həlak olduğunu qeyd edir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed