Şrift:
Bakıda məişət tullantılarının çeşidlənməsi prosesi avtomatlaşdırılacaq
14.11.2019 [10:07] - Sosial
Bakıda bərk məişət tullantılarının çeşidlənməsinin avtomatlaşdırılması, yəni bir sıra Avropa ölkələrində olduğu kimi, yarı avtomatik robotlar tərəfindən çeşidlənməsinin aparılması planlaşdırılır. Bunu Böyük Britaniyanın "Mott MacDonald" şirkətinin nümayəndəsi, tullantı menecmenti üzrə məsləhətçi Nik Uilson deyib.
O vurğulayıb ki, bu, prosesin tezləşdirilməsinə və yüksək effektivliyinə gətirəcək: "Həyata keçirdiyimiz layihə qısa müddət ərzində, hətta Avropa standartları ilə müqayisədə də kifayət qədər yaxşı nəticələr göstərib".
Qeyd edək ki, bu ilin iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın "Mott MacDonald" şirkəti ilə birgə hazırlanmış sözü gedən yeni pilot layihənin icrasına həyata keçirilir. Nərimanov rayonunda 400 ədəd konteyner meydançası yaradılıb, bura tələbata uyğun miqdarda yeni, müasir konteynerlər yerləşdirilib. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 251 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed