Şrift:
ABŞ senatı saxta erməni soyqırımı ilə bağlı qətnaməni bloklayıb
14.11.2019 [11:32] - Siyasət
Respublikaçı senator Lindsi Qrem Senatın Osmanlı İmperiyasında bir əsrdən əvvəl “erməni soyqırımını” tanıyan qətnamənin qəbul etməsinin əleyhinə olduğunu bildirib.
Asenator Grem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib.
“Mən Ərdoğan və Trampla görüşdüm və Türkiyə ilə Suriyada qarşılaşdığımız problemlərdən danışdıq. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan aralarındakı sözügedən problemi birlikdə həll edər”, – deyə senator əlavə edib.
Trampın yaxın müttəfiqi hesab olunan Grem senatorlara xitabən “tarixin yenidən yazmağın lazımsız olduğunu” bildirib.
Qeyd edək ki, “erməni soyqırımı” qətnaməsi Xarici İşlər Komitəsində böyük demokrat Robert Menendez tərəfindən təklif edilmişdi. Türkiyə Prezidenti Tayyib Ərdoğan çərşənbə günü Vaşinqtona səfəri zamanı Nümayəndələr Palatasının Osmanlı İmperiyasında “erməni soyqırımı”nın tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını diqqətə çatdırmışdı.

DAVAM.AZ.
“Başinqton Bürosu”
(ABŞ)
Bu xəbər oxucular tərəfindən 79 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed