Şrift:
Nadir Qazipur səhiyyə nazirini Urmuda verdiyi açıqlamaya görə tənqid edib
14.11.2019 [11:41] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Urmu şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur İranın səhiyyə nazirinın Urmudakı xəstəxanalarla bağlı verdiyi açıqlamaya görə tənqid edib.
“Qərbi Azərbaycanda xəstəxanaların 2500 çarpayıya malik olması heç də yetərli deyil. Bu, 3 milyon 200 min əhalisi olan əyalətin ehtiyaclarına cavab verməz.”- deyə o bildirib.
Nadir Qazipur Qərbi Azərbaycanda xəstəxanaların ümumi tutumunun əyalətin əhali sayısına uyğun olmadığını dəfələrlə diqqətə çatdırıb. O bildirib ki, 2500 xəstəxana çarpayısı 2 milyondan az əhalisi olan bölgə üçün bəlkə də normal sayıla bilər, lakin 3 milyon 200 min əhalisi olan Qərbi Azərbaycana təxminən 5 min çarpayıya malik olan xəstəxanalara ehtiyac var.
Qeyd edək ki, İranın səhiyyə naziri Səid Nəməki çərşənbə günü Urmuda Milad Xəstəxanasının açılışı mərasimində son illərdə Qərbi Azərbaycan Əyalətində səhiyyə sahəsində xeyli iş görüldüyünü və xəstəxanaların əhalinin ehtiyaclarına cavab verdiyini açıqlamışdır.

DAVAM.AZ.
“Təbriz Bürosu”
(Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed