Şrift:
ETTELAAT qüvvələri azərbaycanlı fəal Bəhmən Xaliqinin iş yerinə hücum etdi
14.11.2019 [11:50] - Güney Azərbaycan xəbərləri
İrqçi molla rejimin ETTELAAT qüvvələri Güney Azərbaycanın Binab şəhərində milli-mədəni fəal Bəhmən Xaliqinin iş yerinə hücuma keçib. Rejimin təhlükəsizlik qüvvələri səhər saatlarında Bəhmən Xaliqinin iş yerində axtarış aparıb, fəala aid kitablar, mobil telefonu və digər bir neçə şəxsi əşyanı müsadirə ediblər.
Azərbaycanlı fəal Bəhmən Xaliqinin noyabrın 16-da Təbrizdə rejimin ETTELAAT İdarəsinin 37-ci otağına müraciət etməsi tələb olunub. Lakin fəalın özünün də yaxalandığı söylənilir.
Qeyd edək ki, Bəhmən Xaliqi bundan əvvəl də mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və müxtəlif təzyiqlərə məruz qalıb. Fəal rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbs və 6 ay şərti həbs cəzasına məhkum edilmişdir.

DAVAM.AZ.
“Təbriz Bürosu”
(Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 86 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed