Şrift:
Estoniyadakı Azərbaycan diasporu ermənilərin piket keçirmək cəhdinin qarşısını alıb - FOTO
08.09.2012 [13:11] - Gündəm, Diaspor
Estoniyadakı Azərbaycan diasporu və ölkəmizin bu ölkədəki səfirliyinin səyi ilə ermənilərin Tallində Swiss Hotelin önündə yerləşən kilsələri qarşısında zabit Ramil Səfərovun əfv olunmasına etiraz əlaməti olaraq piket keçirmək cəhdinin qarşısını alıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, polis sayı 15 nəfərə yaxın olan aksiya iştirakçılarına piket keçirməyə icazə verməyib və nəticədə ermənilər kilsənin içərisinə toplaşmalı olublar. Azərbaycan diasporu Swiss Hotelin üzərində Azərbaycan bayrağının asılmasına nail olub. Daha sonra “Aydan” Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 100-dək soydaşımız Azərbaycan səfirliyi önündə toplaşaraq dövlətin yeritdiyi siyasətə dəstək aksiyası keçirib. Səfir T.Zülfüqarov aksiya iştirakçılarının nümayəndələrini qəbul edib, onları təxribatllara uymamağı tövsiyə edib.
Estoniyadakı Azərbaycan diasporu ermənilərin piket keçirmək cəhdinin qarşısını alıb - FOTO
Bu xəbər oxucular tərəfindən 1275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed