Şrift:
On ayda banklar tərəfindən 7 milyard manat kredit ayrılıb
15.11.2019 [10:46] - İqtisadiyyat
Yanvar-oktyabr aylarında ölkədəki banklar tərəfindən 7 milyard manat kredit ayrılıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri vəzifəsini icra edən İbrahim Alışov noyabrın 14-də “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” adlı forumda deyib.
“Bu məbləğin 3,1 milyard manatı istehlak, 3,9 milyard manatı isə biznes üçündür. Bankların kredit portfelinin 6 milyard manatı istehlak, qalan 7,6 milyard manatlıq hissəsi isə biznes kreditlərinin payına düşür. Bank olmayan kredit təşkilatlarının kredit portfeli isə 220 milyon manat təşkil edir”, - deyə o bildirib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed