Şrift:
Danimarka azərbaycanlıları Barak Obama və Pan Gi Muna məktub ünvanlayıblar
08.09.2012 [13:28] - Diaspor
Kopenhagendə fəaliyyət göstərən Danimarka-Azərbaycan “Vətən” cəmiyyəti Ramil Səfərovun əfv olunması məsələsi ilə bağlı ABŞ prezidenti Barak Obamaya və BMT baş katibi Pan Ci Muna məktub göndərib.

Məktubda cəmiyyətin üzvləri Ağ Evin Ramil Səfərovun əfv olunmasıyla əlaqədar göstərdiyi reaksiyadan çox təəssüfləndikləri və ABŞ-ın bu məsələ ilə bağlı gəldiyi qənaətin dəqiq olmadığı qeyd edirlər.

«Azərbaycanın 20% torpağı Ermənistan tərəfindən işğal olunub və bunun nəticəsində 1 milyon insan öz ev-eşiyini tərk edib. Ermənistanın BMT-nin işğal olunmuş ərazilərin qeyri-şərtsiz azad olunmasıyla bağlı çıxartdığı qətnamələri hələ də yerinə yetirməməsinə baxmayaraq, Azərbaycan bu münaqişənin sülh yolu ilə həll olunmasına çalışır», deyə məktubda vurğulanır və Ramil Səfərovun da həmin doğma torpaqlarından zorla çıxarılanlar arasında olduğu da bildirilir.

Məktubda Azərbaycan zabitinin öz vətəninə ekstradisiyasının 1983 ildə qəbul olunmuş Strasburq Konvensiyasına uyğun olaraq beynəlxalq hüquq çərçivəsində aparıldığı vurğulanır: «Onun Azərbaycanda əfv olunmasıysa yeni bir təcrübə deyil. Yaxın tarixə baxdığımızda bu cür hallar dəfələrlə baş verib».

Sonda məktub müəllifləri ABŞ-ı bu məsələylə bağlı mövqeyinə yenidən baxmağa çağırırlar.
Bu xəbər oxucular tərəfindən 958 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed