Şrift:
Türkiyə-Özbəkistan münasibətləri dinamik inkişafdadır
15.11.2019 [11:47] - Türk dünyası-Turan
Özbəkistanın Türkiyədəki səfirliyi və Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasya) birgə təşkilatçılığı ilə Ankarada “Orta Asiyanın parlayan ulduzu Özbəkistan!” devizi altında toplantı keçirilib. Özbəkistanı tanıtmaq məqsədi ilə təşkil olunan toplantıda rəsmi şəxslər, diplomatlar, o cümlədən Türkiyədə çalışan və yaşayan özbəklər iştirak ediblər. Əvvəlcə Özbəkistanın iqtisadiyyatı, təbii ehtiyatları, Türkiyə ilə mövcud əlaqələrini əks etdirən film nümayiş olunub.
Sonra Özbəkistanın Türkiyədəki səfiri Əlişir Agzamkhodjaev və EkoAvrasya Dərnəyinin sədri Hikmet Eren çıxış ediblər. Türkiyə-Özbəkistan münasibətlərinin dinamik inkişafından məmnunluğunu ifadə edən çıxışçılar bildiriblər ki, əlaqələrin genişlənməsi hər iki ölkənin iqtisadi inkişafı üçün faydalı nəticələr verəcək.
Məlumat verilib ki, 2016-cı ildə iki dost və qardaş ölkə arasında ticarət dövriyyəsi 1 milyard ABŞ dolları məbləğində olub. Cari ildə bu məbləğin 2 milyarda, qarşıdakı 2-3 il ərzində isə 5 milyard dollara yüksələcəyi planlaşdırılır.

DAVAM.AZ
“Ankara Bürosu” (Türkiyə)
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed