Şrift:
Əməliyyat təlimində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib
15.11.2019 [11:56] - Hərb
Azərbaycan Ordusunun genişmiqyaslı təlimində qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlara köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması üzrə tapşırıqlar icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimin məqsədinə uyğun olaraq, əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək bölmələr təyinat məntəqələrinə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqları yerinə yetirirlər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed