Şrift:
Milli fəallar zəlzələ bölgəsindən raport hazırlayıb
15.11.2019 [14:33] - Güney Azərbaycan xəbərləri
Ötən həftə Güney Azərbaycanda baş verən zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür, aradan bir neçə gün keçməsinə baxmayaraq təbii fəlakətdən zərərçəkənlərin təxminən heç bir problemi öz həllini tapmayıb. Güney azərbaycanlı mədəni fəallar dövlətin Allahın ümidinə buraxdığı fəlakət bölgəsinə yardım etməyə çalışır. Onlar bu məqsədlə topladıqları yardımları zəlzələdən zərərçəkənlərə çatdırır. Məlumata görə, artıq Miyananın 140 nəfərlik Hılımsı kəndinə, qızınmaq vasitələri, çörək, konserv və digər zəruri məhsullar çatdırılıb.
Sarabın Əsbfruşan kəndində isə heyvandarlıqla məşğul olan soydaşlarımız zəlzələ nəticəsində bütün mal-qarasını itirən ailəyə hər biri bir baş qoyun hədiyyə edib. Təbii fəlakət bölgəsində kaneks (dəmirdən düzəldilmiş sığınacaq evlər), kabel, yuyucu vasitələr, quru süd, geyim, uşaq bezi, neft, ərzaq və s. kimi məhsullara təcili ehtiyac olduğu bildirilir. Azərbaycanlı fəallar bütün soydaşlarımızı zəlzələ bölgəsinə yardım etməyə çağırır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed