Şrift:
“Kömür” filmindən əldə olunan gəlir zəlzələdən zərərçəkənlərə bağışlanıb
15.11.2019 [14:39] - Güney Azərbaycan xəbərləri
Çərşənbə günü türk dilində hazırlanan “Kömür” filmi Urmu və Təbriz şəhərlərində ekrana çıxarıldı. Hər iki kinoteatr tamaşaçılarla dolub. Bildirilir ki, bilet satışından əldə olunan gəlir Miyana və Sarab məntəqələrində baş verən zəlzələdən zərərçəkənlərə bağışlanıb. Tanınmış rejissor İsmayıl Münsifin çəkdiyi “Kömür” filmi Urmiya və Təbriz şəhərlərində çox böyük rəğbətlə qarşılanıb. Təbrizdə filmin ekrana çıxarılmasından əldə olunan gəlir “Rəhmət Övladlarının Xeyriyyəsi Mərkəzi” tərəfindən zəlzələdən zərərçəkənlərə xərclənəcək.
Qeyd edək ki, “Kömür” filmi Güney Azərbaycan və Fransanın müştərək məhsuludur. Güneylı aktyorların rol aldığı film Astara şəhərində çəkilib. “Kömür” filmi bundan əvvəl İranda keçirilən Fəcr Film Festivalında qərəzli münasibətlər və ayrı-seçkiliyə məruz qalmışdır. İsmayıl Münsif may ayında İnstqaram səhifəsində paylaşdığı bir postda festival məsullarının onun türkcə əsərinə laqeyd münasibətindən şikayətlənmişdir. Güney azərbaycanlı mədəni fəallar sosial şəbəkələrdə dəfələrlə soydaşlarımızı türk dilində çəkilən “Kömür” filminə dəstək verməyə çağırıblar.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed