Şrift:
“Qara Yol” kinosu “Konya Tələbə Film Festivalı”nda ən yaxşı film ödülünü aldı
16.11.2019 [19:47] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Ərdəbil əyalətinin məhsulu olan “Qara Yol” filmi “Konya Tələbə Film Festivalı”nda ən yaxşı film mükafatına layiq görülüb. Ərdəbilli cavan rejissor xanım Leyla Novruzinin türk dilində çəkdiyi bu kino daha öncələr də müxtəlif mükafatlar qazanıb. Ötən il “Qara Yol” İstanbulda keçirilən “İpək Yolu” film festivalı, eləcə də Azərbaycan Respublikasında baş tutmuş “Ailə Kino Festivalı”nda ən yaxşı kino mükafatlarına layiq görülmüşdü.
Filmin süjet xətti öz atasını itirmiş Aida adlı qəhrəmanın ətrafında cərəyan edən hadisələrdən bəhs edir. O, atasının dəfn mərasimində iştirak etmək üçün Tehrandan Ərdəbilə gedən zaman kinonun Duman adlı qəhrəmanı ilə tanış olur. Film Aidanın vətəni Ərdəbil və Azərbaycanın simvolu kimi qəbul etdiyi atasına olan sevgisini nümayiş etdirir.
“Qara Yol” Leyla Novruzinin hazırladığı 2-ci professional film hesab edilir. Bir müddət əvvəl onun “Mən İsmətəm” adlı ilk filmi “İpək Yolu” festivalında ən yaxşı film mükafatına layiq görülmüşdü.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed