Şrift:
Qaradağda meşələr kütləvi olaraq qırılır
16.11.2019 [20:05] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Qaradağ bölgəsində meşələrin misli görünməmiş ölçüdə qırılması davam edir. Bu barədə social şəbəkələrdə yayılan videolarda meşə zolaqlarında olan ağacların kütləvi şəkildə kəsildiyi və ağacların seyrəldiyi müşahidə edilir. Digər videolarda isə kəsilmiş ağacların Təbriz- Bostanabad magistralının kənarında depolandığı nəzərə çarpır. Vəziyyət bu cür davam edərsən, Güney Azərbaycanı daha bir ekoloji təhlükə bürüyəcək və bölgə ərazisində yerləşən meşələr tamamilə məhv olma təhlükəsi ilə üz-üzə qalacaq. Güney Azərbaycanın Ekologiya İdarəsi məsələ ilə bağlı heç bir açıqlama verməməklə yanaşı, bölgə meşələrinin məhv edilməsinin qarşısını almaq üçün heç bir tədbir görmür. Sosial şəbəkə istifadəçilərinin bu həssas məsələyə qarşı etirazlarına baxmayaraq, hazırda da Qaradağ meşəsinin qırılması və məsulların heç bir intizam tədbiri görməməsi halı davam edir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed