Şrift:
Tehran molla rejimi benzinin bahalaşmasına etiraz edənləri gülləbaran etdi
17.11.2019 [00:20] - Xəbərlər
İranda polisin etirazçılara atəş açması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb
Xəbər verdiyimiz kimi, İranın müxtəlif şəhərlərində ötən axşamdan benzinin 3 dəfə bahalaşmasına görə xalq etirazları başlayıb. Bu gün ərzində keçirilən etirazlar zamanı polisin insanlara atəş aşması nəticəsində azı 9 nəfər ölüb. Məlumatlara əsasən, ölüm hallarının 4-ü Xürrəmşəhr, qalanlar isə hərəsində 1 nəfər olmaqla, Sircan, Şiraz, İsfahan, Behbahan və Kərəcdə qeydə alınıb.
İnsan haqları fəalları etiraz dalğasının Məşhəd, Bircənd, Buşehr, Əhvaz, Mahşəhr, Gəçsaran, Babol, Ümidiyyə, Şuştər, Zahidan, Güney Azərbaycan şəhərləri və digər bölgələrə də yayıldığını bildirirlər. Müxtəlif şəhərlərdə ayağa qalxan xalq dövlətdən benzinə tətbiq edilmiş qiymət artımını ləğv etməyi tələb edir.
İranın molla rejiminin saytlarında çıxan məqalələrdə insanların "siyasi şüarlar səsləndirmədikləri", "yalnız benzinin bahalaşmasına" etiraz etdikləri iddia olunur. Lakin sosial şəbəkələrdə aksiyalardan yayılmış videolarda xalqın "ölüm olsun diktaturaya" və İranın Yaxın Şərqdə yürütdüyü siyasətə qarşı şüarlar səsləndirdiyi, eləcə də "dini lider" Əli Xamneyinin şəklini yandırdığı nəzərə çarpır. Məşhəd şəhərindən yayılan videolarda insanların avtomobillərini yollarda saxlayıb getmələri, eləcə də "Ruhani həya et, ölkəni azad et", "diktator həya et, ölkəni azad et" kimi şüarlar səsləndirdikləri müşahidə edilir. Bəzi görüntülərdə isə təhlükəsizlik qüvvələrinin sivil etirazçı xalqın üzərinə hücum çəkdiyi görünür.

Xatırladaq ki, İran Milli Neft emalı şirkəti ölkə vətəndaşlarına əvvəlcədən xəbərdarlıq etmədən benzinin qiymətini noyabrın 14-dən 15-nə keçən gecədən başlayaraq birdən-birə üç dəfə qaldırıb. Bu isə ölkə vətəndaşlarını şoka salıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed