Şrift:
Fərəc Quliyev Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
17.11.2019 [12:27] - Xəbərlər, MDH, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev "17 Noyabr - Milli Dirçəliş Günü" münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Bu gün xalqımız azadlığı uğrunda dünyanın ən güclü dövlətlərindən biri hesab olunan Sovet İmperiyasına qarşı başladığı mübarizənin 31-ci ildönümünü qeyd edir. Azərbaycanın dövlət müstəqilliyi kimi Böyük Qələbəya nail olmuş Milli Dirçəliş Hərəkatı xalqımızı dünyanın ən mübariz xalqı olaraq tanıtdı. 17 noyabr 1988-ci ildə başlayan Dirçəliş Hərakatı mahiyyət və miqyasına görə xalqımızı "İlin Xalqı" kimi tanıtdı. Hərəkata qoşulan hər kəs isə "İlin Adamı" idi. Bu, bizim qızıl hərflərlə yazılan tariximzdir.

31 il əvvəl başlamış Dirçəliş Hərəkatının yeni dalğası Vətənimizin sadəcə bir hissəsinin azadlığına nail olduğu üçün, Azərbaycan xalqının bu mübarizəsi davam etməkdədir. Vətənimizin bütövlüyü, xalqımızın rifahı və dövlətimizin qüdrətli olması üçün milli dirçəlişə daim ehtiyac vardır.

Biz də Milli Dirçəliş Hərəkatı Partiyası olaraq Vətənimizin, dövlətimizin və millətimizin milli dirçəlişi yolunun yolçusu olmaqdan qürur duyuruq və xalqımızı “17 Noyabr - Milli Dirçəliş Günü” münasibətilə şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edirəm!

Vətənimizi bütöv, dövlətimizi qüdrətli, xalqımızı firavan görmək nəsibimiz olsun!”

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 255 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed